Braziliyalı "Neftçi" ilə matçda meydanda olmayacaq

10:11 - 26 İyun 2023

"Zenit"in braziliyalı futbolçusu Vendel "Matç TV" kubokunda "Neftçi"yə qarşı keçiriləcək görüşdə meydana çıxmayacaq. 

Sportal.az "Sports.ru"ya istinadən xəbər verir ki, braziliyalı hələ ki, Sankt-Peterburq klubunun məşqlərinə qoşulmayıb.

Qarşıdakı günlərdə Rusiyaya qayıtmalı olan 25 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə görüşə qədər hazır olmayacağından onun meydana çıxmayacağı ehtimal olunur. Sergey Semakın onu turnirin digər matçlarında meydana buraxacağı gözlənilir.

"Zenit" - "Neftçi" görüşü iyulun 1-də "Qazprom Arena"da baş tutacaq. 

Xəbər xətti