"Neftçi"nin yarımmüdafiəçisi Xəyal Nəcəfov yeni mövsümə "ağ-qaralar"ın heyətində başlamayacaq.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi 2023/2024 mövsümündə "Turan Tovuz"un formasını geyinəcək.
Tovuz klubu ilə "Neftçi" arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Sonda paytaxt təmsilçisi Xəyalı yenidən "Turan Tovuz"a icarəyə verməyə razı olub. Xatırladaq ki, 25 yaşlı futbolçu 2022/2023 mövsümünü də Qərb təmsilçisinin heyətində keçirib.
Onun "Neftçi" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi