"Neftçi"nin Rusiyaya gedəcəyi tarix bəlli oldu

15:20 - 28 İyun 2023

"Neftçi"nin "PARI Premyer Kuboku"nda iştirak etmək üçün Rusiyaya gedəcəyi tarix müəyyənləşib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu gecə turnirin keçiriləcəyi Sankt-Peterburq şəhərinə yola düşəcək. 

Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda "PARI Premyer Kuboku" keçiriləcək. Turnirdə "Zenit", "Fənərbaxça", "Srvena Zvezda" və "Neftçi" iştirak edəcək.

Xəbər xətti