Rusiyadakı turnir üçün "Neftçi" məşqçiləri və heyəti açıqlandı

17:08 - 28 İyun 2023

"Neftçi"nin Rusiyada keçiriləcək "PARI Premyer Kuboku" üçün heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Santk-Peterbuqra məşqçilər İqor Getman, Vadar Nuriyev və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında aşağıdakı heyətlə gedir:

Qapıçılar: İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov

Müdafiəçilər: Höccət Haqverdi, Solomon Kverkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Heseyn Babayev

Yarımmüdafiəçilər: Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov

Hücumçular: Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski

Qeyd edək ki, "PARI Premyer Kuboku" iyulun 1-dən 15-dək Sankt-Peterburqda keçiriləcək. Turnirdə "Zenit", "Fənərbaxça", "Srvena Zvezda" və "Neftçi" iştirak edəcək.

Xəbər xətti