"Fənərbaxça"nın hücumçusu Edin Dzeko Rusiyada keçiriləcək "Match TV" kubokunda iştirak etməyəcək.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, bunun bosniyalının siyasi görüşü ilə heç bir heç bir əlaqis yoxdur. Məsələ burasındadır ki, İstanbul klubunun yeni transferi tətillə bağlı klubla razılıq əldə edib. "İnter"in keçmiş futbolçusu iyunun 20-də Bosniya və Herseqovina millisinin düşərgəsindən ayrılıb və yeni klubunda üç həftəlik istirahət üçün icazə alıb. Dzeko yalnız iyulun ortalarında düşərgəyə qoşula biləcək.
Xatırladaq ki, iyulun 1-dən iyulun 15-dək Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirdə "Fənərbaxça" (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya) klubları iştirak edəcək. Qarşılaşmalar Sankt-Peterburqda "Qazprom Arena" və "Smena" stadionlarında keçiriləcək.
saytlarin hazirlanmasi