"Neftçi"nin yeni transferi komandaya qoşuldu

17:20 - 29 İyun 2023

"Matç TV" turniri üçün Rusiyaya yollanan "Neftçi" artıq Sankt-Peterburqdadır.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Ağ-qaralar"ın yeni transferi Emil Balayev də komanda ilə birlikdə Rusiyaya yollanıb.

"Neftçi" "Matç TV" turnirində iyulun 1-də "Zenit", 8-də "Srvena Zvezda", 15-də isə "Fənərbağça" ilə qarşılaşacaq.

Xəbər xətti