"Neftçi"nin məşqçisi İqor Getman Rusiyanın "Match TV" kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis iştirak edəcəkləri "Match TV" turnirinin komanda üçün faydalı olacağını bildirib:
"Bu turnir hazırlığın bir hissəsidir. Çünki, bizi çox çətin mövsüm gözləyir. Tapşırıqlar böyükdür. Özü də bu turnir bizim üçün çox prestijlidir. Avrokuboklar və çempionat öncəsi belə güclü rəqiblərlə qarşılaşmaq və gücümüzü sınamaq imkanımız olacaq".
"Neftçi" "Matç TV" turnirində iyulun 1-də "Zenit", 8-də "Srvena Zvezda", 15-də isə "Fənərbağça" ilə qarşılaşacaq.