"Neftçi"nin yeni transferi Emil Balayev klub televiziyasına açıqlama verib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü komandadakı digər qapıçılarla rəqabətin faydalı olacağını bildirib:
"Fikirləşirəm ki, rəqabət olmayan yerdə inkişaf da olmur. Belə səviyyəli qapıçılarla işləmək, məşq etmək xoşdur. Gənc qolkiperlər də var, milli komanda ilə U-21-ə qarşı yoldaşlıq oyunu keçirdik. Yaxşı qapıçılarımız var. Rza Cəfərovu qeyd edərdim. O, həqiqətən çox yaxşı qapıçıdır. 18-19 yaşımda "Neftçi"də olanda güclü qolkiperlər var idi və onların təcrübəsindən yararlanmaq istəyirdim. İlk növbədə bir-birimizə həm qardaş kimi, həm də yaxşı insan kimi münasibət göstərməliyik".
Qeyd edək ki, Emil Balayev "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi