"Qarabağ"dan ayrılan futbolçu "Neftçi"də

20:19 - 29 İyun 2023

"Neftçi" daha bir futbolçunun transferini yekunlaşdırmaq üzrədir.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan milli komandasının üzvü Filip Ozobiçi heyətinə cəlb edib. Bu barədə paytaxt klubunun televiziyasında məlumat verilib.

"Qarabağ"dan ayrılan 32 yaşlı yarımmüdafiəçi hazırda Santk-Peterburqda "Neftçi"nin düşərgəsindədir. Müqavilə detalları tam təsdiqləndikdən sonra ictimaiyyətə rəsmi olaraq açıqlama veriləcək.

Qeyd edək ki, "Neftçi" "Səbail"dən ayrılan Emil Balayevlə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti