"Neftçi" bu gün "Matç TV" kubokunda ilk matçına çıxıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Zenit"lə qarşılaşıb. Hesabı açan tərəf "Neftçi" olub. Lakin bakılılar sonradan üç qol buraxaraq rəqibinə uduzub. Əlavə edək ki, "Neftçi" iyulun 8-də "Srvena Zvezda" (Serbiya), 15-də isə "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.
1 iyul
"Matç TV" turniri
"Zenit" (Rusiya) - "Neftçi" 3:1
Qollar: Mantuan 49, Klaudinyo 70, Bakayev 80 - Saldanya 39 (p)
"Qazprom Arena"
"Neftçi": İvan Brkiç, Solomon Kverkveliya, Azər Əliyev, Mateus Saldanya, Kilan Lebon, Eddi İsrafilov (k), Rəhman Hacıyev, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Fərid Yusifli
Ehtiyat oyunçular: Emil Balayev, Aqil Məmmədov, Rza Cəfərov, Höccət Haqverdi, Kenni Sayef, Filip Ozobiç, Elton Əlibəyli, Samir Həsənov, Yeqor Boqomolski, Rüfət Abbasov, Hüseyn Babayev, Ağadadaş Salyanski, Ömər Qurbanov
saytlarin hazirlanmasi