Öncə "Jelezniçar"ın baş məşqçisi, daha sonra Adrian Mutu

12:00 - 26 İyul 2023

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək "Jelezniçar” – "Neftçi" oyunu öncəsi mətbuat konfransı keçiriləcək.

Sportal.az xəbər verir ki, öncə media önünə Bakı vaxtı ilə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiç çıxacaq. 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

"Neftçi"nin baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə Bakı vaxtı ilə saat 21:30-da Qrbaviça stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 22:00-da isə "ağ-qaralar"ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Xəbər xətti