“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Jelezniçar” klubu ilə oyunöncəsi son məşqi olub.
Sportal.az xəbər verir ki, "Qrbaviça" stadionunda keçirilən hazırlıq prosesindən əvvəl “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov komandanın üzvləri ilə görüşüb.
Klub rəhbəri komandaya sabahkı oyunda inandığını bildirib və uğurlar arzulayıb.
İyulun 27-də keçiriləcək "Jelezniçar" - "Neftçi" oyunu saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi