"Neftçi" Nigeriya millisinin sabiq üzvü ilə maraqlanır - SON DƏQİQƏ

16:51 - 27 İyul 2023

"Neftçi" hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" son olaraq "Ərzurumspor"da forma geyinmiş Aaron Olanare ilə maraqlanır. Bu barədə türkiyəli jurnalist Ferhat Kızıltaş məlumat yayıb.

Qeyd edək ki, Aaron Olanare 2021-2023-cü illər arasında "Ərzurumspor"da çıxış edib. Nigeriya millisinin sabiq üzvü Türkiyə klubunun heyətində son mövsümdə meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti