Adrian Mutu: "Nəticəyə görə narazıyam"

09:15 - 28 İyul 2023

."Neftçi" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Jelezniçar"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

- Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım. Çalışdıq ki, oyunu idarə edən tərəf biz olaq. Rəqib tamamilə müdafiəyə qapanmışdı. Birinci hissədə rahat oynadıq, İkinci hissədə futbolçulara tapşırıq verdim ki, öz üslubumuzda oynayaq, tələsməyək, topa nəzarət edək. Futbol ədalətli olduğu üçün sonda bizi belə bir qolla mükafatlandırdı. Atmosferə görə təşəkkür edirəm. Eynisini biz də Bakıda təşkil edəcəyik.

- Hansı məqamda "Neftçi" "Jelezniçardan" daha üstün idi?
- Mən baş məşqçiyəm, siz jurnalist. Hərənin öz düşüncəsi var. "Jelezniçar"ın standart vəziyyətlərdə və əks-hücumlarda yaxşı olduğunu bilirdik. Bunun qarşısını ala bildik. Demək olar ki, sona qədər topa daha çox nəzarət edən biz idik.

- Bura qələbə üçün gəldiyinizi demişdiz. Ancaq hesaba baxsaq, son saniyələrdə vurduğunuz qolla bərabərliklə qayıdırsız. Bu, cavab matçı üçün üzərinizdə təzyiq yaradır?
- Bu, futboldur, qolun nə vaxt vurulduğunun fərqi yoxdur. Bu gün bəxtimiz gətirdi ki, oyun 95 dəqiqə oynanıldı. 85 dəqiqə oynanılsaydı, "Jelezniçar" qalib gələcəkdi. Onu da qeyd edim ki, "Jelezniçar" da əvvəlki oyunda sonlarda fərqlənmişdi. Bu, futboldur. Hərənin bir baxışı var. Fikrimcə, oyuna nəzarət edən tərəf biz idik. Başqa cür düşünürsüzsə, buna hörmətlə yanaşıram.

Xəbər xətti