“Neftçi” daha bir transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, braziliyalı sol vinger Andre Şinyaşiki ilə 2 illik müqavilə bağlanıb. Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.
Andre Şinyaşiki ABŞ-nin “Kolorado Rapids” (2017-2022), “Kolorado Sprinqs Suitçbaks” (2019) və “Şarlott” (2022-2023) klublarında çıxış edib. 2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşıb.
saytlarin hazirlanmasi