"Neftçi"nin kapitanı Emin Mahmudov "Jelezniçar"la matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq üçün öz oyunlarını göstərməli olduqlarını bildirib:
- Baş məşqçinin dediyi kimi "Jelezniçar"ın necə oynadığını bilirik. Onları daha yaxından tanıdıq. Qələbə qazanmaq üçün öz oyunumuzu göstərməliyik.
- "Qarabağ" "Qalatasaray"la, "Sabah" isə "Beşiktaş"la yoldaşlıq oyunu keçirdi. İndi isə "Neftçi"nin şansı var ki, rəsmi oyun üçün "Beşiktaş"ı Bakıya gətirsin. Bu, sizə motivasiya verir?
- Kiminlə oynayacağımız fərq etməz. Əsas "Jelezniçar"ı keçməkdir. Oyundan-oyuna fikirləşmək istəyirik.
- İlk oyunda rəqib hesabda öndə olarkən çox əsəbi idin. Sabah "Neftçi" önə keçsə, rəqib oyunçulara onların etdiyi kimi reaksiya verəcəksən?
- Biz öz oyunumuzu göstərməliyik. Onlara oyunumuzla cavab verməliyik. Öndə olsaq, yerdə uzanıb vaxt keçirməyi düşünmürük. Belə şeyləri xoşlamıram. Həmişə demişəm ki, normal oyun getməyi istəyirəm. Tempin aşağı olmasını xoşlamıram.
Elçin Əlixan
saytlarin hazirlanmasi