"Neftçi" - "Jelezniçar" matçına bütün biletlər satıldı

16:13 - 3 Avqust 2023

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” (Bosniya və Herseqovina) matçı üçün biletlərin hamısı satılıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, "Neftçi" ilk oyunda səfərdə "Jelezniçar"la 2:2 hesablı heç-heçə edib.

Xəbər xətti