"Neftçi" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu qəbul edib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" 2:2 hesablı heç-heçənin revanşında rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
Matçdan sonra təşkil olunan mətbuat konfransına qonaq komandanın baş məşqçisi Nermin Başiç başı ağradığı üçün qatılmayıb. Onun əvəzinə jurnalistlərin qarşısına komandanın kapitanı Aleksandar Kosoriç iştirak edib.
saytlarin hazirlanmasi