"Neftçi"nin Avropa Konfrans Liqası II təsnifat mərhələsinin "Beşiktaş"la keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Lukas Fandrix olacaq. Ona yan xətt hakimləri Conas Erni və Guillaume Mayre kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funaksiyasını isə Lionel Tsçudi yerinə yetirəcək.
Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" görüşü 10 avqust tarixində saat 21:00-da "Neftçi" Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi