"Neftçi" rəhbərliyi azarkeşlərlə görüş keçirdi

21:05 - 4 Avqust 2023

“Neftçi”nin rəhbərliyi bu gün flaqmanın azarkeş qrupları ilə görüşüb.

Sportal.az xəbər verir ki, klubun inzibati binasında baş tutan tədbirdə komanda ilə bağlı fikir mübadiləsi aparılıb, fanatların təklif və problemləri dinlənilib.

Səmimi keçən görüşdə azarkeşlərin gələcək oyunlarda doğma komandalarına daha rahat şəkildə dəstək verməsi və bir çox digər məsələlər müzakirə olunub.

Xəbər xətti