"Neftçi"nin "Beşiktaş"la oyunlar üçün heyəti - SİYAHI

16:50 - 5 Avqust 2023

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportal.az xəbər verir ki, ərizədə 27 futbolçu yer alıb. "Ağ-qaralar" yeni transfer Andre Şinyaşikinin adını da siyahıya daxil edib.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda keçiriləcək.

Xəbər xətti