Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamalar verib.
Sportal.az xəbər verir ki, 71 yaşlı mütəxəssis mərhələni keçmək istədiklərini bildirib:
"Neftçi" topla yaxşı oynayan texnikalı komandadır. Fubol adına gözəl bir matç olacağını düşünürəm. "Tirana"nın stadionu ilə müqayisədə daha yaxşı ot örtüyü olacağına ümid edirəm. Bizim onlara, onların bizə yadlıq hissi yoxdur. "Beşiktaş" olaraq bu mərhələni də keçmək istəyirik. Rəqib kim olursa-olsun ciddi yanaşırıq. "Beşiktaş" məharətli, əsalətli və cəsarətli bir komanda olaraq meydanda olacaq.
Cenk Tosun komanda ilə birlikdə ilk dəfədir ki, məşq edir, ağır zədə keçirib. "Neftçi"yə qarşı oynaması çətin görünür. Çempionatın ilk matçına qədər vəziyyətinə baxacağıq. Raşid Qezzal fərdi çalışmalara başlayıb. Bir həftə sonra komanda ilə məşqlərdə iştirak edəcək".
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda keçiriləcək.
saytlarin hazirlanmasi