"Beşiktaş" azarkeşləri "Neftçi" ilə matça buraxılacaq? - RƏSMİ

23:13 - 8 Avqust 2023

Avropa Konfrans Liqası III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" UEFA tərəfindən cəzalandırılıb

Sportal.az xəbər verir ki, buna II təsnifat mərhələsinin "Tirana" ilə cavab matçında İstanbul təmsilçisinin azarkeşlərinin intizamsız davranışları səbəb olub.

Qitənin ali futbol qurumu Türkiyə klubunu 40 min avro məbləğində cərimələyib. Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu növbəti səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq.

Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" qarşılaşması 10 avqust tarixində saat 21:00-da "Neftçi" Arena"da baş tutacaq.

Xəbər xətti