"Neftçi" nigeriyalı hücumçu transfer etdi - RƏSMİ

23:10 - 9 Avqust 2023

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi hücumçu Aaron Olanareni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı forvardla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Aaron Olanare son olaraq Türkiyənin "Ərzurumspor" klubunda çıxış edib.

Xəbər xətti