"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilm oyununda Bakıda "Beşiktaş"a 1:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Andre Şinyaşiki matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Matç mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azarkeşlərimizin qarşısında ilk oyunum idi. Onların dəstəyi ilə komanda sona kimi yaxşı oyun nümayiş etdirdi.
- İlk hissədə "Neftçi" zəif təsir bağışlayırdı. Fasilədən sonra nə dəyişdi?
- Düşünürəm ki, birinci hissədə komanda olaraq rəqibdən çəkinirdik. Çünki, "Beşiktaş" güclü komandadır. Rəqibin kimliyindən asılı olmayaraq həmişə qorxmadan oyun nümayiş etdirmək lazımdır. İkinci hissədə özümüzü daha yaxşı tərəfdən göstərə bildik.
- Matç mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azarkeşlərimizin qarşısında ilk oyunum idi. Onların dəstəyi ilə komanda sona kimi yaxşı oyun nümayiş etdirdi.
- İlk hissədə "Neftçi" zəif təsir bağışlayırdı. Fasilədən sonra nə dəyişdi?
- Düşünürəm ki, ilk hissədə komanda olaraq rəqibdən çəkinirdik. Çünki, "Beşiktaş" güclü komandadır. Rəqibin kimliyindən asılı olmayaraq həmişə qorxmadan oyun nümayiş etdirmək lazımdır. İkinci hissədə özümüzü daha yaxşı tərəfdən göstərə bildik.
- Matçın sonlarında qol vurmaq üçün bəxtdən başqa nə çatmadı?
- Bəli, bəxtimiz gətirmədi. Bəxtdən də əlavə komanda yeni qurulur, yeni futbolçular var. Hələ bir-birimizə uyğunlaşmalıyıq ki, epizodlardan yararlanaq
- Soy adın ənənəvi Braziliya soy adı deyil. Bu, nə ilə bağlıdır?
- Atam tərəfdən Yaponiyadan, anam tərəfdən İtaliyadanam. Bununla bağlıdır.
- Bəli, bəxtimiz gətirmədi. Bəxtdən də əlavə komanda yeni qurulur, yeni futbolçular var. Hələ bir-birimizə uyğunlaşmalıyıq ki, epizodlardan yararlanaq
- Soy adın ənənəvi Braziliya soy adı deyil. Bu, nə ilə bağlıdır?
- Atam tərəf Yaponiyadan, anam tərəf isə İtaliyadandır. Bununla bağlıdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi