"Neftçi"nin müdafiəçisi: "Futbolda hər şey mümkündür"

19:32 - 16 Avqust 2023

"Neftçi"nin futbolçusu Yuri Matias Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Beşiktaş"la cavab matçından öncə mətbuat konfransında iştirak edib.

Sportal.az braziliyalı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Bilirik ki, sabah bizi çox çətin oyun gözləyir. Rəqib güclüdür. Amma çox xoş hisslərdir ki, bu cür rəqiblə oynayacağıq. Futbolda hər şey mümkündür. Sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq.

- İlk oyundakı qolları müdafiə səhvlərindən buraxdınız. Sabahkı oyunda eyni hallar təkrarlanmayacaq?

- Deməzdim ki, təkcə müdafiə səhvi idi, ümumi komanda səhvlərindən buraxdıq. Unutmalı deyilik ki, ikinci hissədə nə qədər qol epizodları yaratdıq ki, ən azından bərabərlik əldə edək. Əlbəttə, açıq-aşkar göründü ki, buraxdığımız qollar birinci oyunun nəticəsini həll etdi. Bilirik və dərk edirik. Sabah çalışacağıq ki, səhvsiz oynayaq.

Mirbağırağa

Xəbər xətti