"Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı - VİDEO - YENİLƏNİB

23:50 - 17 Avqust 2023

Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün ölkəmizi turnirdə təmsil edən "Neftçi" də meydana çıxacaq.

Adrian Mutunun rəhbərlik etdiyi "ağ-qaralar" səfərdə Türkiyə "Beşiktaş"ının qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutan oyun İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) 2:1

Qol: Vensan Abubakar, 57, Cekson Muleka, 71 - Emin Mahmudov, 36

Baş hakim: Yulian Veynberger (Avstriya)

“Beşiktaş” stadionu, İstanbul

İlk oyun - 3:1

Xəbər xətti