"Beşiktaş" - "Neftçi" matçının vaxtı dəyişdirildi

10:15 - 17 Avqust 2023

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Beşiktaş"ın qonağıdır.

Sportal.az xəbər verir ki, istanbulda baş tutacaq qarşılaşmanın başlama saatı dəyişdirilib. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 21:00-da deyil, 22:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında Bakıda baş tutan ilk matç Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti