Sergen Yalçın "Neftçi" ilə anlaşa bilməməsinin səbəbini açıqladı

15:18 - 17 Avqust 2023

"Neftçi"nin Adrian Mutudan əvvəl baş məşqçi postuna gətirmək istədiyi Sergen Yalçın Türkiyə mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Azərbaycan klubu ilə danışıqlarının uğursuz nəticələnməsinin səbəbi barədə danışıb. O, "ağ-qaralar"la maliyyə şərtlərində anlaşa bilmədiyini deyib:

"Neftçi" ilə görüşdük. Əslində gözəl görüş keçdi. Amma maddi problemlər var idi. Öz müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyimiz kimi deyildi. Azərbaycana oyunçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyillər".

Xəbər xətti