UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək olub.
Sportal.az xəbər verir ki, rəsmi yeməkdən sonra “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov və “Beşiktaş”ın ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” arasında gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.
saytlarin hazirlanmasi