"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsində "Beşiktaş"a 1:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm ki, hesabı nəzərə almasaq, 55 dəqiqədə komandam yaxşı mübarizə apardı. Konfrans Liqasından kənarda qaldıq. Buna baxmayaraq, rənglərimiz uğrunda mübarizə apardıq. Bu gün də göstərdik ki, meydana qələbə üçün çıxmışdıq.
- İlk oyundan sonra "Neftçi"yə ümid yox idi. Dünən çox inamlı danışmışdız. Bunun xüsusi səbəbi var idi?
- Biz hər oyuna belə yanaşırıq. İstəyirik ki, xarakterli komanda yaradaq. Hətta şanslarımız az olsa belə, mübarizə aparmalıyıq. Əgər klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, deməli, sona qədər mübarizə aparmalısan. İki oyuna baxsaq, dörd hissədən ibarət oldu. Bir hissəni qazanmış olduq.
- Start heyətində 10 legioner oynayırdı. Bu, komandada səviyyəki yerli oyunçuların azlığına mesajdır?
- Bu cür mesajlar göndərmirəm. Bizdə Qara Qarayev var, avrokuboklarda oynaya bilmir. Eddi İsrafilov və Ömər Buludov da zədəlidir. Həqiqətə baxsaq, bu gün əlimizdə olan silahlarla sona qədər mübarizə apardıq. Çalışdıq ki, enerjimizi səmərəli istifadə edək. "Beşiktaş"da ehtiyatda 12, bizdə 5 oyunçu var idi. Oyunçu sayı az olsa da, göstərdik ki, bura turist kimi yox, futbol oynamağa gəlmişik.
- Təyinatınız daha tez olsaydı, daha yaxşı nəticə qazanılardı, yoxsa yenə "Beşiktaş"la çətin alınacaqdı?
- Belə olsaydı, bəlkə heyətdə daha çox oyunçumuz olardı. Deyə bilməzdim, daha yaxşı olardı ya, yox. Amma daha hazırlıqlı heyət olardı.
- Avropa səviyyəli rəqiblə görüş komandanıza çempionluq mübarizəsində nə dərəcədə kömək olacaq?
- Bu period ərzində oyunçular çox enerji itirdilər. Fürsətdən istifadə edərək istirahətimizə də vaxt ayıracağıq. Millilərə görə fasilə yaranacaq, mini toplanış keçəcəyik. Bunumla da, tamamilə çempionata köklənəcəyik.
- Sizin gəlişinizdən sonra "Neftçi" altı rəsmi matçda cəmi bir qələbə qazanıb. Bu, komandanın psixoloji durumuna nə qədər təsir edə bilər?
- Bu cür təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Çünki yaxşı toplanış keçməməkləri futbolçuların günahı deyil. Sadəcə onları sakitləşməliyik və onlar istədiklərimə inammalıdır. Yaxşı hazırlaşacağıq. Sonra daha fərqli komanda görəcəksiz.
- İlk hissədə hücum futbolu oynadız. Komandanın yorğun olacağı görünürdü. Bu cür templə iki hissəyə də dözəcəyinizə ümid edirdiz?
- Mən realistəm. Bilirəm ki, komanda yorğunluğa doğru gedirdi. Komandadan xoşum gəldi, çünki xarakter göstərdilər. Hesabda geridönüş etmək istəyirdilər. Oyunçular 60-cı dəqiqədən sonra fiziki cəhətdən aşağı düşdülər. Bu da normaldır. Çoxlu səfərlər, yorğumluq oldu. Amma görəcəksiz ki, daha yaxşı olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi