"Neftçi"nin zədəli futbolçuları Emil Balayev, Eddi İsrafilov, Ömər Buludov və Azər Əliyevin son durumları müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş hakimi Şaiq Zöhrablı klubun telekanalına məlumat verib:
"Emil Balayev hazırda bərpa dövrünü keçir. Eddi İsrafilov menisk əməliyyatı olub. Hal-hazırda əməliyyatdan sonrakı vəziyyətdir. Həftələr sonra bəzi hərəkətlərə başlayacaq. Ömər Buludov fərdi hərəkətlərə start verib. Azər Əliyev komanda ilə bəzi hərəkətlər iştirak edir. Başqa ciddi zədəli futbolçumuz yoxdur".
saytlarin hazirlanmasi