Adrian Mutu: "Xarakter göstərməyi bacardıq"

22:22 - 20 Avqust 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

- Ağır və çətin oyun oldu. Xarakter göstərməyi bacardıq. Futbolçularımı təbrik edirəm. Meydanda sona kimi vuruşdular. Qələbə qazanmağa çalışdıq. Təəssüf ki, alınmadı. Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdır.

- Planınız ilk hissədə oyunu müdafiədən qurmaq idi?

- Təxminən belə idi.

- Rza Cəfərovun performansı sizi qane etdi?

- Bəli. Çətin oyun idi. Onu oynatmaq riskli görünürdü. Amma Rza bu gün göstərdi ki, gələcəkdə Azərbaycanın bir nömrəli qapıçılarından biri ola bilər.

- Qara Qarayevin gərgin olmasının səbəbi nə idi?

- Gərgin olduğunu deməzdim. Qara oyuna köklənmişdi. Yavaş-yavaş öz istədiyi formaya çatır. Bu gün "Neftçi"də ən yaxşı oyununu oynadı. Onun bizə çox köməyi dəyəcək.

Elçin Əlixan

Xəbər xətti