Məşhur klub "Neftçi" ilə oynamaq istəyir

20:56 - 22 Avqust 2023

"Neftçi" yenidən Rusiyanln "Zenit" klubu ilə qarşılaşa bilər.

Sportal.az saytına verilən məlumata görə, yoldaşlıq görüşünün keçirilməsində ruslar maraqlıdır. Sankt-Peterburq təmsilçisi "Neftçi" ilə Bakıda oynamaq istəyir.

Qarşılaşmanın noyabr ayında təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, "Neftçi" ilə "Zenit" ötən ay Rusiyada baş tutan "Matç TV Kuboku"nda üz-üzə gəlmişdilər.

Xəbər xətti