Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” matçı (0:1) "ağ-qaralar"ın kapitanı Emin Mahmudov üçün ikiqat əlamətdar olub.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu assist etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.
Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.
saytlarin hazirlanmasi