"Neftçi" bir çox futbolçuları ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın 3 futbolçusu 1 il müddətinə icarəyə verilib. Bu müddətdə Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov “Turan Tovuz”da çıxış edəcək.
“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.
Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən mövsümdə əsas komandamızın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.
saytlarin hazirlanmasi