"Neftçi"nin futbolçusu Kenni Sayef xarici mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Belçika matçını dəyərləndirib. Amerikalı futbolçu ölkəmizdə futbolun inkişafı üçün işlər görüldüyünü bildirib:
"Azərbaycanla Belçika arasında müqayisə aparmaq doğru olmaz. Səviyyə fərqi böyükdür. Amma deyə bilərəm ki, azərbaycanlı futbolçular Belçika ilə oynamaq üçün həyəcanlıdırlar. Ulduzları qonaq etmək onlar üçün şərəfdir. Əllərindən gələn hər şeyi edəcəklər. 100 adamdan soruşsaz ki, kim qalib gələcək, hamısı Belçika deyəcək. Amma futbolda hər zaman diqqətli olmaq lazımdır.
Azərbaycan millisində yaxşı futbolçular var. Amma komandamda çıxış edən kapitan Emin Mahmudovu xüsusilə tanıyıram. Altı oyunçu xaricdə, biri İsveçrədə, biri isə Türkiyədə oynayır. Amma mən onları yaxşı tanımıram.
Etiraf edim ki, Azərbaycanda futbolun təbliği üçün çox səy edirlər. Xüsusən də Avro 2020 oyunlarını təşkil etməklərini qeyd edərdim.İnanıram ki, bir neçə ildən sonra böyük futbolçular gəlib burada oynamaq istəyəcəklər. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçika kimi yaşayırıq".
saytlarin hazirlanmasi