Adrian Mutu: "Futbolçulardan istədiyimi ala bildim"

13:28 - 9 Sentyabr 2023

"Neftçi" milli komandaların oyunları ilə bağlı çempionatda yaranan fasilədən yararlanaraq Qəbələdə təlim-məşq toplanışı keçib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Adrian Mutu klub televiziyasına beş günlük toplanışı dəyərləndirib. Rumıniyalı mütəxəssis toplanışın yaxşı keçdiyini bildirib:

"Buradakı yaxşı şəraitə, yaxşı meydançalara görə toplanış üçün Qəbələni seçdik. Qarşımızda iki məqsəd var idi. Həm fiziki, həm də taktiki cəhətdən çalışmalar etməli idik. Düşünürəm ki, futbolçular bu beş gün ərzində verdiyim tapşırıqları yaxşı yerinə yetirdilər. Onlardan istədiyimi ala bildim. İntensiv məşqlər olu, gündə iki dəfə məşq edirdik. Komanda özünü yaxşı tərəfdən göstərdi. Bura gəlməyimizin məqsədi də yaxşı hazırlaşmaq idi".

Xəbər xətti