"Neftçi" bu legionerlə yollarını ayıra bilər

17:37 - 17 Sentyabr 2023

"Neftçi" yayda heyətinə cəlb etdiyi legionerlərdən birinin oyunundan narazıdır.

Sportal.az saytına verilən məlumata görə, Aaron Olanarenin performansı baş məşqçi Adrian Mutunu qane etmir. Nigeriyalı hücumçu belə davam edəcəyi təqdirdə qış fasiləsində onunla yollar ayrılacaq.

Qeyd edək ki, Aaron Olanare son olaraq Türkiyənin "Ərzurumspor" klubunda çıxış edib. 29 yaşlı forvard "Neftçi" ilə 1 illik müqavilə imzalayıb.

Xəbər xətti