"Neftçi"nin zədəli futbolçusu komandaya qoşuldu

21:37 - 22 Sentyabr 2023

“Neftçi” Premyer Liqanın 7-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunöncəsi son məşqə çıxıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlıq keçib.

Toplu və taktiki çalışmaların icra olunduğu məşqdə bərpa prosesini davam etdirən Emil Balayev iştirak etməyib, əvəzində, zədə səbəbindən ötən turu buraxan Rəhman Hacıyev komanda ilə məşqə qoşulub.

Qeyd edək ki, sentyabrın 23-ü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti