Adrian Mutuya vaxt verildi

18:31 - 29 Sentyabr 2023

"Neftçi"də Adrian Mutunun işləri hələ ki, tam qaydasında getmir.

Sportal.az saytına verilən məlumata görə, rumıniyalı mütəxəssisin gördüyü iş klub rəhbərliyini qane etmir. Sızan məlumatlara görə, 44 yaşlı mütəxəssisə nəticələri yaxşılaşdırmaq üçün qışa qədər vaxt verilib.

Qeyd edək ki, Mutu bu yaydan "ağ-qaralar"ı çalışdırır. O, paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti