"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Qarabağ"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, klub televiziyasına danışan "Ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu matçın hazırlığını dəyərləndirib. Rumıniyalı mütəxəssis məşqlərin yaxşı keçdiyini bildirib:
"Qarabağ"la oyuna hazırıq, məşqlər yaxşı gedir. Bizi necə oyunun gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komandada bəzi oyunçular var ki, onlardan gözləntilərimiz böyükdür, daha faydalı ola bilərlər. Bunun üçün vaxt lazımdır".
Mutu zədəsini sağaldan Eddi İsrafilovun da oynamağa hazır olduğunu bildirib:
"Eddi İsrafilov bir neçə dəqiqə oynaya bilər. Bu görüşə tam hazır olmasa da, fasilədən sonra tam qayıdacaq. O, bizim üçün vacib oyunçudur və ona böyük hörmətim var. "Qarabağ"la oyunda əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq. İnanıram ki, azarkeşlər də öz dəstəyini göstərəcək".
saytlarin hazirlanmasi