"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda öz meydanında "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Yuri Matias qarşılaşmadan öncə klub televiziyasına açıqlama verib. Braziliyalı futbolçu komandanın oyundan-oyuna inkişaf etdiyini bildirib:
"Hazırlıq yaxşı gedir, oyundan-oyuna inkişaf göz qabağındadır. "Qarabağ"la matça tam hazır olacağıq. Ümid edirəm ki, meydanda olacam, komandaya kömək edə biləcəm. Həftəboyu çalışmışıq, istəyirik ki, yaxşı oyun göstərək. Azarkeşlərə səslənmək istəyirəm, "Qarabağ"la oyuna gəlin, bizi stadionda dəstəkləyin. Onlarla bərabər daha güclü çıxış edirik".
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah saat 19:30-da "Neftçi Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi