“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov zədə səbəbindən milli komandanın düşərgəsindən ayrılıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı təcrübəli futbolçunun səhhəti ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
“Eddi “Qarabağ”la oyunda zədə alıb. Epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verdi. Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi olaraq, daha sonra komanda ilə məşqlərə başlayacaq”.
saytlarin hazirlanmasi