Qara Qarayev: "Bu qələbə çox əhəmiyyətli olacaq"

11:13 - 21 Oktyabr 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"i 4:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Qara Qarayev qarşılaşmadan sonra klub televiziyasına açıqlama verib. 31 yaşlı futbolçu bu qalibiyyətin çox əhəmiyyətli olacağını bildirib:

"Çətin oyun oldu. "Qarabağ"la matçdan sonra mütləq ritmi tutmaq, inamı qaytarmaq vacib idi. Düşünürəm ki, bu qələbə çox əhəmiyyətli olacaq. Oyunda elə elementlər var idi ki, gələcəkdə bunlardan yaxşı komanda formalaşacaq. Geridönüş mühüm idi. Bu qələbə futbolçuların yanaşmasının nəticəsi idi".

Xəbər xətti