"Neftçi" Rusiyanın "Spartak" klubu ilə yoldaşlıq oyunu keçirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin prezidenti Fərrux Mahmudov mətbuat konfransında məlumat verib. O, Moskva təmsilçisi ilə danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, "Neftçi" yay toplanışı çərçivəsində Rusiyada "Spartak"la yoldaşlıq görüşü keçirmişdi. Qarşılaşma "ağ-qaralar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
saytlarin hazirlanmasi