"Neftçi"nin prezidenti Fərrux Mahmudov baş məşqçi Adrian Mutunun klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəhbəri istefaya göndəriləcəyi iddia olunan rumın mütəxəssis barədə danışıb. O, Mutuya inandıqlarını və yola davam edəcəklərini bildirib:
"Şayiələr yayılıb ki, Mutunu göndərmək istəyirik. Bu, yalandır. Mutunun fəlsəfəsinə inanırıq və sona qədər onu dəstəkləyəcəyik".
Qeyd edək ki, Adrian Mutu bu ilin yayında "Neftçi"nin baş məşqçisi təyin olunub. Onun klubla 2 illik müqaviləsi var. "Ağ-qaralar" Premyer Liqada 10 turdan sonra 15 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi