"Neftçi" Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda "Sabah"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki. "ağ-qaralar"ın futbolçusu Rəhman Hacıyev matçdan əvvəl klub televiziyasına açıqlama verib. 30 yaşlı yarımmüdafiəçi qarşılaşmaya 3 xal üçün çıxacaqlarını bildirib:
"Komandada hər şey çox yaxşıdır. "Səbail"ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin oyun gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir. Meydana 3 xal üçün çıxacağıq. Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam".
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması sabah saat 18:30-da start götürəcək.
saytlarin hazirlanmasi