Adrian Mutu: "Bəxt rəqib tərəfdə idi"

21:27 - 29 Oktyabr 2023

 

"Neftçi" Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda "Sabah" 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözəl oyun idi, hər iki komanda mübarizə aparırdı və qələbə qazanmaq istəyirdi. Bəxt və şans rəqib tərəfdə idi.

- Start heyəti bir az təəccübləndirdi. Oyuna başlanğıc planınız nə idi?

- İlk "11-lik"də başlayan futbolçular tapşırıqları yaxşı yerinə yetirdi. Rəqibi öndə sıxmağın öhdəsindən gələ bilirdilər. "Sabah"la ilk matçlar müqayisədə komanda bu gün yaxşı oynadı.

- İki fərqli hissə gördük. İkinci hissədəki zəif oyunun səbəbi nə idi?

- Fərdi səhvlər komandanı arxaya çəkilməyə vadar edirdi. İkinci hissədə hər iki komanda bir-birinə qarşı amansız mübarizə aparırdı. Qələbə qazanmaq istəyi sona qədər var idi. Çünki, heç-heçə ilə razılaşmaq istəmirdik. Bu, futboldur, belə hallar baş verir. Rəqib son saniyələrdə qol vurub qələbə qazandı. Bu gün bəxt "Sabah"ın tərəfində idi. 

- 11 oyunda fərqli start heyəti meydana buraxmısız. İdeal heyəti müəyyənləşdirə bilməmisiz?

- Yox, söhbət ondan getmir. Əlimdə 20 oyunçu var. Start heyəti müəyyənləşdirmək üçün həftə ərzində oyunçulara baxıram. Kim yaxşı formadadırsa, onu meydana buraxıram. Alleqri "Yuventus"da 100-dən çox fərqli heyət buraxıb, "Fiorentina"nın baş məşqçisi 85 fərqli "11-lik"lə oynayıb. Yaxşı məşq edən oyunçunu meydana buraxmaq lazımdır, onların haqqını yemək olmaz.

Elçin Əlixan

Xəbər xətti