“Neftçi”nin qapıçısı İvan Brkiç Misli Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyundan əvvəl keçirilən məşq zamanı zədələnib.
Sportal.az xəbər verir ki, bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən futbolçunun 2 həftə davam edəcək müalicədən sonra məşqləri bərpa edəcəyi planlaşdırılır.
Qeyd edək ki, Adrian Mutu "Sumqayıt"a qarşı matçda "Neftçi"nin start heyətində qapıda Aqil Məmmədova şans verib.
saytlarin hazirlanmasi